www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Əcnəbiləri maraqlandıracaq milli brendlərin yaradılmasına ehtiyac var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda davam edən II Beynəlxalq Şoppinq Festivalın gedişatını qiymətləndirən iqtisadçı Natiq Cəfərli deyib.

Onun fikrincə, bu tip tədbirlərdə əsas məqam əcnəbilərə geniş çeşiddə milli istehsal nümunələrinin təklif edilməsidir:

“Təbii, Şoppinq Festivalın təşkili bir sıra aspektlərdən, o cümlədən, ölkədə turizmin inkişafı baxımından müsbət qiymətləndirilə bilər.

Ancaq burada müəyyən nüansları qeyd etmək lazım gəlir. İlk növbədə onu deməliyik ki, Azərbaycana sırf alış-veriş məqsədi ilə gələn xaricilərin sayı çox deyil.

Eyni zamanda, Şopinq Festivalın tərəfdaş ticarət obyektlərində yerli və ya əcnəbi alıcılara təklif olunan məhsulların əksəriyyəti də xarici brendlərdir. Yəni hər hansı əcnəbi o məhsulları öz ölkəsində də rahat və daha münasib qiymətə ala bilər.

O baxımdan, xarici turistlərə yerli brendlərin təklif olunmasına ehtiyac var. Təəssüf ki, bizdə o brendlərin sayı çox deyil.

Bu mənada, Şoppinq Festivalın effektivliyini artırmaq üçün əcnəbiləri maraqlandıracaq məhsulların, brendlərin yaradılmasına ehtiyac var.

Bakı Şoppinq Festivalının başqa yerlərdə rast gəlinməyən bir özəlliyini də qeyd etmək istərdim. Digər ölkələrdə təşkil edilən analoji festivallarda vergi güzəştləri adətən, əcnəbilərə şamil olunur. Bakı Festivalında isə yerli alıcılara da bu güzəştlərdən yararlanmaq imkanı yaradılıb”.

Xatırladaq ki, oktyabrın 15- də başlayan II Beynəlxalq Bakı Şoppinq Festivalı noyabrın 15-nə kimi davam edəcək. İlk Şoppinq Festival isə bu ilin 15 aprel – 15 may tarixlərində keçirilib.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1603
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."