!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələr ifşa edirmiş – Şantaj evimizin içində – VİDEO

!Reklam – Yazi

photo_49285Hər gün dəfələrlə istifadə etdiyimiz bəzi internet resursları sən demə heç də göründüyü kimi deyil. Onlar əslində özlərində bəzi sirli məqamları gizlədirlər. Elə bu sujetimizdə də biz sizi gizlədilən bəzi məqamlarla tanış edcəyik. Təəccübə səbəb olacaq faktlar var…

İnternetin heç də bütün resursları ictimaiyyətə açıq deyil. İddialara görə Google, Linkedin, Youtube və sair internetin – yəni aysberqin sadəcə görünən üzüdür. 90 faiz Deep Web – Yəni Dərin İnternet deyilən alt qatdan ibarətdir. Bu qatda xüsusi informasiyalar saxlanılır. İddiaya görə Wikileaks-ın açıqladığı bilgilər məhz dərin internet vasitəsilə əldə edilən məlumatlardır. Yeri gəlmişkən Vikipedia və Vikileaks sözündəki viki sözü sürətli deməkdir. Leak isə sızılmış informasiya mənasını verir.

Bu gizli internet resurslarına giriş əldə edə bilmək üçün xüsusi proqramları – məsələn Tor, OninonİB, HiddenWiki kimi resursları əldə etmək lazımdır. Lakin çətin əldə edilən bu proqramların da quraşdırıldığı kompyuter dərhal dünyadakı bəzi orqanlar və hakerlər tərəfindən qeydiyyata götürülür. Bu cür proqramları Goggle-da axtarıb tapmaq mümkün deyil.

Google sözü isə əslində köhnə ingilis dilində cəfəngiyyat mənasını verirmiş. “Google – google işlərlə məşğul olub gününü avaraçılıqla keçirir” – deyə köhnə ingilis hekayələrinin birində cümlə ifadə olunur. Beləliklə də vikipediada bu sözü axtarışa verəndə guya ingilis dilində 10 dəfə 1 milyon mənasını verən nəhəng rəqəmini ifadə etdiyi təqdim olunur. Bununla da əslində Google-un tam mənası gizlədilir. Yeri gəlmişkən, Google-da bəzi kəlmələri axtarsanız da onlar barədə məlumatlar tapa bilmzəsiniz. Məsələn, Deep veb-in OnionİB və sair proqramları və onlara giriş barədə məlumatlar. Xərçəng xəstəliyinin qarşısını aldığı ehtimal edilən B17 vitamini və nədənsə 1 və 3 rəqəmlərini ayrı ayrılıqda yazdıqda onlar barədə googleda heç bir məlumat verilmir.

Əksinə Google-da doğrudan da cəfəngiyata bənzər məqamlar daha çoxdur. Məsələn, Zerg Rush yazaraq axtarış aparanda nəticələri silən çoxlu O hərfləri peyda olur. Atari breakout yazaraq pinq ponq oyunu oynaya bilərsiz. Do a barrel roll yazıb Enter düyməsini sıxdığınız zaman Goggle başı üstə 360 dərəcə fırlanaraq geri qayıdacaq. Tilt yazdığınızda isə Pizza qülləsi kimi yanı üstə əyiləcək. Google mirror yazdığınızda səhifə güzgüdəki kimi tərsinə olacaq(Atv)

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv