www.sinerjipro.net

SinerjiProWide
Reklam

f666Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq.

Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdırlar.

Nazir “Viber”, “WhatsApp”, “Skype” şirkətləri və sosial şəbəkələrlə danışıqlara başlanıldığını deyib: “Onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıblar. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq.”

Əli Abbasov serifikatlaşdırmanın məhdudiyyətlə eyni olmadığını bildirib. “Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz ki, bu, bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”, – deyə Əli Abbasov əlavə edib(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."