!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sovet futbolunun əfsanələri “Neftçi” – “Qarabağ” matçında

!Reklam – Yazi

“Neftçi”ylə “Qarabağ” arasında keçiriləcək ölkə kubokunun yarımfinal matçını izləyənlər arasında məşhur simalar da olacaq.

Yeniçağ.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib:

“Klubumuzun yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçında da davam edəcək. 30 mart 2017-ci il tarixdə təşkil olunacaq görüşü müxtəlif dövrlərdə “Neftçi”nin formasını geyinmuş veteran futbolçular izləyəcəklər. Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş – 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, olimpiya çempionu İqor Ponomaryov, komandamızın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var.
30 mart saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər”.

Yeniçağ.az

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv