!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sovetski” sakinlərinə pul “atan” qadın tutuldu

!Reklam – Yazi

Bakının “Sovetski” adlanan hissəsində evlərin söküntüsü zamanı ortaya çıxaraq sakinlərə yeni mənzil vəd edərək pullarını mənimsəyən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dələduzluq etməkdə şübhəli Bakı şəhər sakini İradə Cəfərovanın digər cinayət əməlləri də müəyyən edilib

Onun 2014-cü ilin avqust ayından 2016-cı ilin fevral ayınadək olan müddətdə paytaxt sakinləri olan 6 nəfəri aldadaraq ümumilikdə onlardan 387.000 manat pul alması da müəyyən edilib.

İ.Cəfərovanın qurbanı olanlardan biri, Rüfət Bağırov bir müddət əvvəl “Qafqazinfo”ya müraciət edərək bildirib ki, həmin şəxs özünü vəkil kimi təqdim edib və onların mənzil problemini həll edəcəyini vəd edib. Bu məqsədlə R.Bağırovdan 30 min, digər sakin Gülnar Əliyevadan 68 min 500 manat pul alıb. İ.Cəfərova bir şirkərdən 6 mənzili kirayəyə götürərək sakinləri həmin evlərə köçürüb və bir neçə aylıq ödənişi öncədən edib. Sonra isə özü yoxa çıxıb. Bu zaman mənzil sahibləri kirayə pulunu almaq üçün evə gəldikdə məsələ üzə çıxıb.

Mediada yayılan məlumata görə, İ.Cəfərova Yasamal rayon sakinləri Samirə Həsənova və anası Çimnaz Həsənovadan 300 min manat, Səbail rayon sakini Çijov Mixayıl İvanoviçdən 7900 manat, Aydın Mehtiyevdən 5216 manat, Suraxanı rayon saklni Sevda Tairovadan 11 min alaraq qaytarmayıb.

Yenicag.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv