Yazı İçi 468×60

128664_res_01“Sovetski”nin söküntü aparılan ərazisində köçürülməmiş 700-ə yaxın mənzil qalıb.

Bunu Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə isə köçürülməsi nəzərdə tutulan ərazidə yeni yolların və kommunikasiya xəttlərinin çəkilişi nəzərdə tutulur. Lakin bu layihənin yerinə yetirilməsi üçün hazırda köçürülmə işlərinin tam başa çatdırılmaması müəyyən çətinliklər yaradır. “Belə ki, boşalmış ərazidə köçürülməmiş 700-ə yaxın mənzil var. Köçürülmənin başa çatdırılmamasına səbəb ev sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsidir. Bu isə nəzərdə tutulan layihənin gecikdirilməsi ilə yanaşı, ətrafda yaşayan sakinlərin öz mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xəttlərindən istifadə və ərazinin sanitar təmizliyinin təmin edilməməsində problemlər yaradır”.(ans)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."