!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soydaşlarımız qan verdi

!Reklam – Yazi

0ccdc5bf68ddefee5a3ad7721972dd52Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin təşkilatçılığı ilə talassemiya və digər xəstəliklərdən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Yenicag.az xəbər verir ki, tədbir “Qan verək, həyat bəxş edək!”, “Yaşamağıma kömək et!” şüarları altında təşkil edilib. Aksiyada 50 nəfərdən çox gənc, dindarlar könüllü olaraq qan veriblər. “Əhli-Beyt” cəmiyyətindən APA-ya verilən məlumata görə, günün sonunda 25 litr qan toplanıb.

Cəmiyyətin sədri Hacı Rasim Məmmədov bildirib ki, belə aksiyaları keçirtməkdə məqsəd İslam dininin sülhsevər, ədalətli, xeyriyyəçi və xeyirxah bir din olduğunu bir daha təsdiq etməkdir. “İslam dininə qulluq edən bütün müsəlmanlar terrorçuluqdan uzaq dinsevər insanlardır, onlar şərəfli dinimizin qayda-qanunlarına və Allah kəlamlarına əməl edirlər”.

Onun sözlərinə görə, toplanan qan talassemiya xəstəliyindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub: “Biz düşünürük ki, dinindən və milliyyətindən, irqindən asılı olmayaraq bütün insanlar toplanan bu qandan istifadə edə biləcək”, deyə cəmiyyət sədri vurğulayıb.

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv