!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Soyqırım faktlarına laqeyd yanaşırlar”

!Reklam – Yazi

Oqtay Esedov“Onlardan nəsə gözləməyə daha ümid yoxdur”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov beynəlxalq təşkilatları azərbaycanlıların məruz qaldığı soyqırım faktlarına laqeyd yanaşmaqda ittiham edib.

Parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edərək, qondarma “erməni soyqırımı”nın bu il keçiriləcək 100 illiyinə toxunaraq deyib ki, Azərbaycanda buna qarşı ciddi işlər görülməlidir.

Fransa prezidenti Fransua Ollandın ermənilərlə həmrəyliyinə toxunan deputat qeyd edib ki, Xocalı soyqırımının 23 illiyi münasibətilə dünyada “erməni soyqırımı”na həssas olan diplomatlar, deputatlar Bakıya dəvət edilsin: “Onlara tarixdə axtardıqları hansısa “soyqırım” əvəzinə, sivil dünyada baş verən soyqırım cinayətlərini göstərək”.

Spiker O.Əsədov isə deputat bildirib ki, Azərbaycan bu istiqamətdə xeyli işlər görür və görəcək: “Kimsə bizim əlimizi tutmayıb. Amma inanmıram ki, o dediyiniz şəxsləri Bakıya dəvət edib, hər şeyi açıq onlara göstərsək belə, fikirləri dəyişsin. Çünki beynəlxalq təşkilatlar azərbaycanlıların məruz qaldığı soyqırım faktlarına laqeyd yanaşır. Mən buna artıq əmin olmuşam və onlardan nəsə gözləməyə daha ümid yoxdur. Öz dərdimizi özümüz həll etməliyik”.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv