!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şoyqu: “NATO təyyarələrinin Baltikyanı ölkələrin hava məkanında patrul xidməti aparması Rusiyaya təhlükədir”

!Reklam – Yazi

NATO təyyarələrinin Baltikyanı ölkələrin hava məkanında patrul xidməti aparması Rusiyanın təhlükəsizliyinə hədədir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu VI Moskva Beynəlxalq Təhlükəsizlik konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, NATO-nun Baltikyanı ölkələrin hava məkanındakı patrul xidməti aparan aviasiya polisi missiyasının fəaliyyəti faktiki olaraq Kalininqrad vilayəti və Baltik dənizinin şərq sahillərini əhatə edir: “NATO-nun bu cür fəaliyyətinə regionda qüvvələr balansının pozulması və Rusiyanın təhlükəsizliyinə təhdid kimi baxırıq”.

Rusiyalı nazir Avropada təhlükəsizliyin müzakirəsi zamanı dəniz və hava məkanında insidentlərin qarşısının alınması ilə bağlı razılığa riayət olunmasının vacibliyi məsələsinin dəfələrlə qaldırıldığını xatırladıb: “Hesab edirik ki, bu razılaşmalar məhz indi – qarşılıqlı inamın aşağı səviyyədə olduğu bir vaxtda daha vacibdir”.

Şoyqu Monteneqronun NATO-ya daxil olmasını məsələsinə də münasibət bildirib: “Monteneqronun NATO-ya daxil olması alyansın Balkanlarda nəzarəti gücləndirməsi üçün lazımdır”.

Yeniçağ.Az

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv