www.sinerjipro.net

SinerjiProWide
Reklam

asdd8Xəbər verdiyimiz kimi, adı Beynəlxalq Bank ətrafındakı kredit qalmaqalında keçən “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi.

Daha sonra DİN əməkdaşları oliqarxı saxlamış, onun şirkətinin ofisində axtarış aparmış və şirkətin kassalarını möhürləyərək bağlamışdılar. “Globus Plaza”nın mühasibləri də DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (“Bandotdel”) sorğu-sual olunmuşdular.

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu gün virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən Dünyamin Xəlilovun işi üzrə şok effekti yaradacaq sensasion məlumatlar daxil olub.

Həmin informasiyalardan məlum olur ki, Nərimanov Rayon Məhkəməsi bu il mayın 15-də vətəndaş Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Həmin prosesə hakim Turqay Hüseynov sədrlik edib. Dünyamin Xəlilovun işi Nərimanov Rayon Məhkəməsində 4/005 – 485/215 nömrəsi ilə qeydiyyatdan keçib.

Burada işin ən maraqlı tərəfi odur ki, sözügedən məhkəmə qərarı bu günə qədər də qüvvəsində qalır. Yəni Nərimanov Rayon Məhkəməsinin qərarına görə, oliqarx hal-hazırda istintaq təcridxanasında olmalıdır. Lakin D.Xəlilov nəyə görəsə hələ də öz kabinetində oturub və çoxmilyonluq kreditlərinin qaytarılması problemini həll etməklə məşğuldur.

Virtualaz.org saytı onu da aydınlaşdırıb ki, Apelyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin Beynəlxalq Bankın müflisləşməsi qalmaqalına birbaşa aidiyyati olan vurulmuş oliqarx barəsindəki həbs-qətimkan tədbiri qərarını hələ də ləğv etməyib. İşin sensasiya sayılacaq tərəfi də elə budur…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."