Space-in müxbirindən Türkiyə prezidentinə dəstək — “Var olasan”-Foto,Video

Müəllif: Redaktor

Editor

xsmm.jpg.pagespeed.ic.crFlip8neaTürkiyə prezidenti Ərdoğan Azərbaycan prezidenti cənab İlham Əliyevlə birlikdə Azərbaycan televiziyasına müsahibə verib.

Prezidentlərin isti münasibətindən və söhbətindən sonra azərbaycanlı müxbir üzünü Ərdoğana tutaraq “Var olasın” deyib.

İstanbulda baş tutan beynəlxalq energetika forumundan sonra Türkiyə prezidenti Azərbaycanlı həmkarı ilə birlikdə “Space” televiziyasının müxbirinin suallarını cavablandırıb. Prezident Ərdoğan və cənab İlham Əliyev müsahibə zamanı iki ölkənin qardaş olduğunu vurğulayıb.

Dövlət başçılarının səmimiyyəti müxbirə də sirayət edib. Space-in müxbiri Ərdoğanın qardaşlıq üzərinə qurduğu cümlədən sonra ona “var olasın” deyib.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır