Yazı İçi 468×60

meral“Təhminə ilə gec-gec görüşürəm”

Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist “Təhminə” filminin “Spartak”ı Füzuli Hüseynov deyib. O, həmin filmdə rol alan Türkiyənin sevilən aktrisası Meral Konrat ilə yaxından dostluq etdiyini vurğulayıb:

“Meral gözəl aktrisadır. Onunla gec-gec, Bakıya gələndən-gələnə görüşürük. Sosial şəbəkədə isə tez-tez yazışıb, hal-əhval tuturuq. İndi də onunla birlikdəyik, televiziyada çıxışımız oldu. Meral Bakıya Türk filmlərinin təqdimat mərasimində iştirak etmək üçün gəlib.”

“Meral Konrat olmasaydı Azərbaycandan hansısa aktrisa “Təhminə”ni bu qədər sevdirə bilərdimi?” sualına F.Hüseynovun cavabı belə oldu:

“Bilmirəm, hər halda rejissorun peşəkarlığından çox şey asılıdır. Meral xanımla yenidən bir filmə çəkilmək istərdim, amma bu mənim istəyimlə deyil.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."