www.sinerjipro.net

SinerjiProWide
Reklam

aytebvbMilli Məclisin bugünkü iclasında deputat Aytən Mustafayeva təhsil problemlərindən danışıb. Deputatın sözlərinə görə, bəzi kənd yerlərində, o cümlədən Bakının Nardaran qəsəbəsində uşaqlar 10-11 yaşından sonra məktəbə getmirlər.

“Uşaqlarımız təhsildən yayınırlar. Həm də Nardaran hadisələri göstərdi ki, təhsilə ciddi fikir verməmək nələrə gətirib çıxarır. Tək təhsildə yox, uşaqların asudə vaxtında da ciddi problemlər yaşanır.

Onlar avara qalırlar. Azərbaycanda bu qədər idman kompleksləri tikilib. Amma orada uşaqların iştirakı sıfır dərəcəsindədir. Fikir versək, Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boylu olurlar. Amma bizim əsgərliyə gedən gənclərimzə baxsaq, onlar uşaq kimi görünürlər, cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?”.

Millət vəkilinin çıxışı spiker Oqtay Əsədovu özündən çıxarıb.

“Siz elə danışırsınız ki, guya Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxı. edəndə bilin ki, harada çıxış edirsiniz. Eyni zamanda idmançıların boyundan danışdınız. Bizim idmançılarımız mötəbər yarışlarda çıxış edirlər, uğur qazanırlar. Xahiş edirəm ki, çıxışlarınızda belə məsələlərə diqqət edin”(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."