!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SSRİ-nin ən gənc oğrusu "Lotu Quli"ylə şərik oldu - FOTO

!Reklam – Yazi

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı topdansatış meyvə-tərəvəz bazasına nəzarəti “Lotu Quli” və “Çermen” ləqəbli gürcü qanuni oğrunun adamları bir yerdə həyata keçirəcək.

Lent.az-ın ura.ru-ya istinadən məlumatına görə, artıq hər iki qanuni oğrunun şəhərdəki emissarları bu barədə razılığa gəliblər. Bundan başqa, “Quli” və “Çermen”in adamları Komsomolskaya qəsəbəsindəki bazanı da ələ alırlar.

Bəs görəsən “Lotu Quli”nin yeni şəriki kimdir?

“Çermen” ləqəbli Qoqoladze Tomaz Biçikoeviç 1960-cı il iyulun 22-də Rustavidə anadan olub. Hazırda Rustavi şəhəri Kirov küçəsi, 19 ünvanında qeydiyyatdadır. Tomaz Qoqoladze SSRİ-nin ən gənc qanuni oğrusudur. O, 1978-ci ildə “Şakro Molodoy”, “Miron” ləqəbli Mirian Məmmədov və “Osi-Qoqi” ləqəbli Yegiyev Georgi İvanoviç tərəfindən “tac”landırılıb. Qoqoladze həbsə isə “ehtiyatsızlıqdan adam öldürdüyünə görə” düşübmüş.
Bundan sonra bir neçə dəfə də həbs edilən “Çermen”in yolu Rusiyanın məşhur “Matrosskaya tişina” həbsxanasından da keçib.

O, Sonuncu dəfə 2014-cü ildə narkotik maddə (metadon) gəzdirdiyinə görə həbs edilib və məhkəmənin hökmüylə 4 il azadlıqdan məhrum olunub. “Çermen” hazırda cəzasını Çeboksarıda çəkir.

Onu da qeyd edək ki, “Çermen” Rusiyada kürd klanına, daha dəqiqi “Şakro Molodoy”a yaxınlığı ilə tanınır.

Yeniçağ.az

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv