!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Stadiondakı basabasda 17 nəfər öldü - VİDEO

!Reklam – Yazi

Anqolada baş tutan futbol matçında faciə yaşanıb. Yeniçağ.az xəbər verir ki, Anqolanın şimalındakı Uige şəhərində keçirilən oyunda basabas yaranıb. Nəticədə, 17 nəfər həyatını itirib, 76 azarkeş isə ciddi xəsarət alıb. Onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

Basabas “Santa Rita” və “Rekreativo” komandalarının oyunundan əvvəl baş verib. Məlumata görə, azarkeşlər stadionun darvazasını aşmaq üçün hücum ediblər. Nəticədə, faciə yaşanıb.

Maraqlıdır ki, qarşılaşma təxirə salınmayıb və qonaq komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb.

https://youtu.be/wFRcrPaB48c

 Yeniçağ.az

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv