Yazı İçi 468×60

Istanbul_catisma_1467146968_92696İstanbulda Atatürk hava limanında baş verən terror aktı qurbanlarının sayı artıb.

Daha bir yaralı dünyasını dəyişib. Bununla da ölənlərin sayı 43-ə yüksəlib.

Bu barədə açıqlamanı Türkiyənin daxili işlər naziri Efkan Ala verib. O, parlamentdə çıxışı zamanı terror hadisəsi ilə bağlı açıqlmalar verib. Nazir bildirib ki, ölən 3 nəfər terrorçunun adı bu siyahıda deyil.

“Hazırda xəstəxanalarda 94 nəfər var. Ölənlərdən 19-u əcnəbilərdir. Əldə edilən sübutlar terroru İŞİD-in törətdiyini göstərir.

Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-u türkdür.

Efkan Ala – Türkiyənin daxili işlər naziri

efkan

İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. “Kalaşnikov”la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar.(ans)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."