yenicag.az

Star TV "Kara sevda"nın yayımını dayandırdı - FOTO

Star TV “Kara sevda”nın yayımını dayandırdı – FOTO

Müəllif: Redaktor

Editor

Türkiyənin baxımlı kanallarından olan Star TV populyar “Kara sevda” serialının yayımını dayandırmaq fikrindədir.

Bu barədə məlumatı serialın baş rol ifaçısı Neslihan Atagül rəsmi feysbuk hesabından verib. O feysbuka pul ödəyərək reklam vasitəsi ilə ekran işinin izləyicilərinə çağırış edib.

Aktrisanın çağırışında qeyd olunub:

“Star TV yeni seriallarına yer açmaq üçün “Kara sevda”nın yayımını dayandırmaq istəyir. Əgər serialın yayımının dayandırılmamasını istəyirsinizsə, bu postu bəyənin. Gəlin onlara gücümüzü göstərək”.

Qeyd edək ki, bir neçə gün əvvəl də ekran işinin final etməsi ilə bağlı məlumat yayılmışdı. “Ayyapım” isə açıqlama verərək xəbərlərin əssasız olduğunu qeyd etmişdi.

Yenicag.az

Xəbərlər, Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti