www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyə NATO-nun vacib üzvüdür.

Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstanda, Kosovoda və dünyanın digər bölgələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfəsini verir.

Stoltenberq qeyd edib ki, NATO Türkiyə olmadan zəif olacaq və əlavə edib ki, Türkiyə bir çox səbəblər üzündən NATO-nun vacib müttəfiqidir.

O, qeyd edib ki, bu, xeyli dərəcədə Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə bağlıdır.

“Türkiyə qarşıdurma və toqquşmalar davam edən Suriya və İraqla həmsərhəddir”, – Stoltenberq deyib.

Stoltenberq qeyd edib ki, Türkiyə Avropanın və NATO-nun təhlükəsizliyi üçün vacib ölkədir.

BMT-nin baş katibi Türkiyə siyasətini tənqid edən qərb ölkələrini “qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və öz müttəfiqlərinə düzgün yanaşmağa” çağırıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."