!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“STOP METSAMOR” Koalisiyasının koordinatoru 11-ci Avropa Nüvə Enerjisi Forumunda iştirak edib

!Reklam – Yazi

14678046_10154195848773645_1484102324_o3-4 oktyabr 2106-cı il tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində 11-ci Avropa Nüvə Enerjisi Forumu keçirilib. Forumda bir çox məsələlərlə yanaşı nüvə təhlükəsizliyi mövzusu da diqqət mərkəzində olub. Forumda vətəndaş cəmiyyəti nümayəndələri ilə yanaşı, Slovakiyanın baş naziri Roberto Fiko, Çexiyanın baş naziri cənab Bohuslav Sobotka, Avropa Komissiyasının Enerji məsələləri üzrə direktorunun müavini Gerassimos Tomas da iştirak edib.

Forumda çıxış edən dövlət rəsmiləri və ekspertlər Avropa bazarında nüvə enerjisinin əldə olunmasında təhlükəsizlik amilinə diqqətin artırılmasının vacibliyindən danışıblar.

“Stop Metsamor” Koalisiyasının koordinatoru Paola Kasaqrande Metsamor Atom Elektrik Stansiyasının region dövlətləri üçün yaratdığı təhlükələrlə bağlı məlumatları forum iştirakçılarının diqqətinə çatdırıb. Xanım Kasaqrande, nitqində Avropa institularına səslənərək qeyd edib ki, “əgər Avropa Şurası ona üzv olan ölkələrdə mövcud yüksək riskə malik olan AES-lər ilə əlaqədər tədbirlər həyata keçirə bilmirsə, biz “qabaqlayıcı addımlar atılması siyasətindən” danışa bilmərik. Özəlliklə bu AES Ermənistanda yerləşirsə.

Tədbir digər eksertlərin müzakirələri ilə davam edib. Qeyd edək ki, toplantının sonunda 12-ci Avropa Nüvə Enerjisi Forumunun Çexiyanın paytaxtı Praqa şəhərində keçirilməyi qərara alınıb.

“Stop Metsamor” Koalisiyasının koordinatoru Paola Kasaqrandenin çıxışının video yazısını aşağıdakı link vasitəsi ilə izləyə bilərsiniz:

http://www.cvent.com/events/11th-european-nuclear-energy-forum/custom-35-94693349867e4410b50695050116bbf7.aspx?i=b45bd402-f0d6-461b-aecb-aa76af68305f

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv