guneshli7“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışı heç bir nəticə verməyib.

AzNews.az-ın məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ yaradılan xüsusi qərargahda keçirilən brifinqdə deyib. O, bildirib ki, bu gün hava şəraitinin pis keçməsinə baxmayaraq səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilir: “Yağmurlu hava şəraitinə görə sualtı axtarış işləri dayandırılıb. Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu səbəbdən sualtı axtarışlar təhlükəlidir”.

Baş mühəndis onu da əlavə edib ki, yanğının qarşısını tam almaq məqsədilə “Günəşli” yatağında hasilatın tamamilə dayandırılması planlaşdırılır: “Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə 5 gəmi cəlb olunub”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."