!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sübut edəcəyəm ki, günahsızam” – Cavid Hüseynov

!Reklam – Yazi

9977cavidd5Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıblar. Proses başlayandan sonra vəkil Adəm Məmmədov vəsatət verib ki, jurnalistlər prosesdə iştirak etsinlər. Bundan sonra vəsatət təmin olunub və jurnalistlər zala daxil olublar.

Prokuror ittiham nitqi ilə çıxış edib.

Cavid Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib.

O, məhkəmədə sərbəst ifadə verib: “Ayın 8-də evdə ailəmlə oturmuşam. Elşən “WhatsApp”da yazdı ki, xəbərə bax, sənin haqqında pis şeylər yazıblar. Dedim, eybi yoxdur, jurnalistdir, qoy yazsın, işin olmasın. Elşən artıq Rasimlə danışdığını, Rasimin ona ağır söyüş söydüyünü dedi. Mən də Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Uzun müddət danışdıq, çox mülayim keçdi söhbətimiz. Məsələni ona izah elədim. O da məni başa düşüb, məndən üzr istədi. Ona dedim, mümkündürsə, bunu da yaz ki, Cavidlə danışdım və səhv anladığım üçün ondan üzr istəyirəm. Sonra Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağladıq”.

C.Hüseynovun sözlərinə görə, bundan sonra məşqə gedib: “Məşqdən çıxanda Elşən zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum, Rasim də qaçıb getdi. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Sonra hamamdan çıxanda gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb. Elşənə zəng elədim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orada bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerindən götürülüb. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol, hər şeyi olduğu kimi danış. Mən Rasimlə danışanda hər şey yaxşı idi. Mən bilsəydim, onu orada yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdırsa, aparıb onu müalicə etdirərdim.

Mən bütün Azərbaycan xalqına sübut edəcəm ki, günahsızam. Mən burada haqqımı almasam, Allah qarşında haqq qazanacam”. lent.az

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək, vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

Cinayətdə digər təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında baxılıb.

C.Hüseynovun üzvü olduğu “Qəbələ” Futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq, bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv