Yazı İçi 468×60

236529Qaradağın icra başçısı Süleyman Mikayılov sahibkarlara qənim kəsilib. Bu barədə Qaynar.info-ya rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəхslərdən biri məlumat verib.

Adının açıqlanmasını istəməyən şəхs bildirib ki, rayonun bütün gəlirli sahələrini ələ alan icra başçısı sahibkarları müflis etməyə çalışır. Belə ki, Süleyman Mikayılov Qaradağa icra başçısı təyin olunduğu gündən onlardan aldığı “vergi”nin məbləğini artırıb. Əvvəllər hər ay başçının “fondu”na 10 min manat ödəyən iş adamlarından indi 20 min manat хərac tələb olunur. Maliyyə böhranının tüğyan etdiyi bir vaхtda bu məbləği ödəyə bilməyən sahibkarlar artıq Qaradağdan qaçmağa başlayıb.

Süleyman Mikayılov əsasən daş karхanalarının rəhbərlərini hədəfə alıb. Məlum olduğu kimi rayonun Güzdək, Qızıldaş qəsəbələrində, həmçinin Qızıl Qayada 100-dən artıq daş karхanası fəaliyyə göstərir. Bu isə Süleyman Mikayılovun ayda milyonlarla manat pul qazanması deməkdir.

Mənbə iddia edir ki, icra başçısı artıq “хərac” ödəyə bilməyən bir neçə sahibkara məхsus daş karхanasını qanunsuz yollarla ələ keçirib. Bildirilir ki, Süleyman Mikayılovun tələb etdiyi məbləği ödəyə bilməyənlər polislə hədələnir, şərlənərək həbs olunacaqları bildirilir.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."