Süleyman Mikayılov “yuxarılar”ı “baqaj”a qouyur

Müəllif: Baş Redaktor

Baş Redaktor

1458294900_1458290593_suleyman-mikayilovMəlum olduğu kimi, mövcud qanunvericiliyə görə dəniz sahilinin hasarlanması, bu ərazilərdə hasar çəkilməsi qadağan edilsə də buna məhəl qoyulmur. Qanunda açıq şəkildə bildirilir ki, Xəzərin mühafizə zolağı 20-50 metr təşkil edir, həmin zolağadək hasar çəkmək, tikinti aparmaq isə qadağandır.

Savash.org xatırladır ki, qanunlar belə tələb etsə də reallıq tamamilə fərqlidir. Sözügedən problem isə Qaradağ rayonunda daha aktualdır. Qaradağ rayonunda nəinki mühafizə zolağı gözlənilmir, hətta suyun içinə kimi hasar çəkib dənizi öz malı hesab edənlər var. Məsələn, Qaradağ rayonu Sahil qəsəbəsindən Səngəçala kimi hasarlar uzun, villalar saysız hesabsızdır. Bəs bu qədər tikiliyə kim icazə verib?

Xatırladaq ki, Qaradağ icra hakmiyyətindən verilən açıqlamalarda məsələyə heç zaman konkret mövqe bildirilməyib. Bu istiqamətdə Savash.org-a daxil olan yeni məlumatda isə iddia olunur ki, Xəzər dənizi sahillərində tikilən villalar və sahil zolağının hasarlanması məsələsinin yenidən gündəmə gəlməsi Qaradağ RİH başçısı Süleyman Mikayılovu əməlli-başlı hövsələdən çıxarıb.

Mənbənin sözlərinə görə, Süleyman Mikayılov hər şeyi “yuxarı”dan gələn tapşırıq əsasında elədiyini iddia edərək, məsuliyyəti bir növ üzərindən atmağa çalışır. İcra başçısının hətta dar çərçivədə keçirilən qonaqlıqlardan birində bununla bağlı qalmaqallı açıqlamaya müəlliflik etdiyi bildirilir:“Süleyman Mikayılov həmin toplantıda deyib ki, Xəzər dənizini heç də özbaşına hasarlamayıb. Birincisi, Qaradağ rayonu ərazisində dənizin hasarlanması işinə razılığı Qaradağ RİH-dən yox, Bakı Şəhər İcra Hakimiyyətindən almış şirkətlər də həyata keçirir. Amma Süleyman Mikayılovun “xeyir-duası” ilə hasarlanan ərazilər, tikilən mülklər də az deyil. Amma icra başçısı məlum tədbirdə bu məsələni nəzərdə tutaraq deyib ki, “elə bilirsiniz, mən özbaşınayam? Burada inşa olunan mülklər, hasarlanan dəniz sahilləri elə şəxslərindir ki, onlara nəinki mən, respublikada çox az adam “yox” deyə bilər”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır