www.sinerjipro.net

SinerjiProWide
Reklam

1398242149_0001Səlim Müslümovun işçiləri Qaradağ karxanalarından niyə buraxılmır?

Daş karxanaları Qaradağ rayonunda əsas biznes növü sayılır. Belə ki, neçə illərdən bəri böyük oliqarxlar bu karxanalar uğrundan mübarizə aparırlar. Bu savaşda xırda iş adamları əzilsə də, nə onlar, nə də arxalarındakı məmurlar geri çəkilir.

İşin gülməli tərəfi Qaradağla bağlı məsələlər hüquqdakı boşluqlardan yararlananlar tərəfindən Bakının digər rayon məhkəmələrində baxılmaqdadır.

Ancaq son illərdə daş karxanaları rayonun İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovla dil tapa biliblər. Təcrübəli biznesmen olan Mikayılov hətta iri oliqarxlarla dil taparaq, karxana biznesinə ortaq ola bilib. Azerinfo.org saytına daxil olan məlumata görə, bu biznes uğrunda mübarizə aparan kiçik ranqlı məmurları çıxdaş edən icra başçısı onlara çatan payı mənimsəyib. Eyni zamanda böyük çaplı məmurlarla da bərabərhüquqlu ortaqlıq məsələsində anlaşıb. Yəni, “bu rayon mənimdir, yeyəcəyiksə bərabər yeyəcəyik” prinsipi ilə hərəkət edib.

Dövlət vəsaitini dədə malı kimi mənimsəyən icra başçısının karxana sayını özünün belə bilmədiyi vurğulanır. Qeyd olunur ki, hüquqları pozulan, əmək müqaviləsi olmadan çalışdırılan fəhlələr də məhz onun karxanalarında işləyənlərdir. İnsan yerinə qoyulmayan fəhlələrin müxtəlif səbəblərdən hər ay maaşları da kəsildiyi vurğulanır. Əmək müqaviləsi, icbari həyat sığortası olmadan insan həyatı üçün həyati təhlükə daşıyan karxanalardan icra başçısı aydan iki-üç yüz min manat xeyir götürərkən, qəza keçirən fəhlələrin işə çıxa bilmədiyi günlərdəki maaşları belə kəsilir.

O da qeyd olunur ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla dostluq əlaqələrindən yararlanan başçı bu faktı araşdıran müfəttişləri karxanalara buraxmamaq təlimatı verib. Hətta bəzi mənbələr Qaradağın Qızıldaş qəsəbəsindəki karxanalara nazirlə icra başçısının ortaq olduğu qeyd olunmaqdadır.

 

 

 

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 91
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."