yenicag.az
yenicag.az

Süleyman Mikayılovun qardaşından prezidentə şikayət ünvanlanıb

Süleyman Mikayılovun qardaşından prezidentə şikayət ünvanlanıb

Müəllif: Redaktor

Editor

1413057280_images-1Qaradağ İcra Hakimiyyəti başçısının qardaşına qarşı cinayət işi açıla bilər və bu cinayət işində Süleyman Mikayılovun adının keçməsi qaçınılmaz olacaq.

Qaradağ rayonu ərazisində torpaq və tikinti üçün icazə satan Bağır Mikayılov qardaşı Süleyman Mikayılovun icra başçısı olmasından yararlanıb və vətəndaşların külli miqdarda vəsəaitini alaraq onlları dolandırıb.

Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılova cinayət işi açıla bilər. Bu barədə AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. AzMedia.infonu məlumatlandıran mənbənin bildirdiyinə görə icra başçısının qardaşının dələduzluğuna tuş olan vətəndaşların sayı 50 nəfərdən çoxdur. Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu olduğu bildirilir. Həmin şəxslər pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər. Əvvəlcə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova şikayət edərək şardaşının dələduzluğunu anladan şikaətçilər pullarını geri ala bilmədikləri üçün son çarəni məsələni prezidentin diqqətinə çatdırmaqda görürlər.

Məlumatlarda o da vurğulanır ki, şikayətçilər hətta bir müddət əvvəl Qaradağ rayon İcra Hakimiyyətində də olublar. Onlar Süleyman Mikayılovla görüşərək, ona qardaşı ilə bağlı şikayət etmək istəyiblər. Lakin qəbul otağında qalmaqal yaşanıb. Belə ki, icra başçısı qardaşı ilə bağlı şikayətə gələnləri binadan qovdurub. Bu da camaatın narazılığına və qəzəbinə səbəb olub. Onlar da bir müddət İcra Hakimiyyətinin binası qarşısında dayanaraq, etirazlarını uca səslə bildirməyə başlayıblar. Əraziyə polis çağırıldıqdan sonra ortalığı sakitləşdirmək mümkün olub. mümkün olub.

Son məlumatlara görə, Bağır Mikayılovla bağlı artıq Baş Prokurorluq araşdırmalara başlayıb. İddia edilir ki, edilən şikayətləri araşdıran prokurorluq işçiləri iddiaların əsaslı olduğu qənaətinə gəliblər. Bu isə Süleyman Mikayılovun qardaşı haqqında cinayət işinin başladılması üçün əsas yaradıb. Lakin AzMedia.infoya daxil olan məlumatda cinayət işinin qaldırılıb, qaldırılmadığı barədə hələlik heç bir məlumata rast gəlinmir.

Nəzərinizə çatdıraq ki, əgər Bağır Mikayılova cinayət işi açılarsa, bu Süleyman Mikayılova da toxuncaq məsələ olacaq. Çünki əksər işlərdə onun adı hallandırılıb və vəzifəsindən sui-istifadə edilib. Hətta şikayətçilərdə belə bir qənaət var ki, Bağır Mikayılov bunları elə qardaşının əliylə edib. Əks təqdirdə, o, təkbaşına belə bir addım ata bilməzdi.

Həmçinin o da deyilir ki, əgər cinayət işi qaldırılarsa, o zaman Süleyman Mikayılovun da işdə qalıb, qalmaması məsələsi müzakirə edilə bilər. Çünki dövlət başçısının bununla bağlı konkret təlimatı var və bəyan edib ki, əgər hər hansı bir məmurun övladı, yaxını belə işlərə bulaşarsa, onlara güzəşt olunmayacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti