Sülh Platformasının Katibliyi və internet resursları fəaliyyətə başlayıb

Müəllif: Redaktor

Editor

Ermənistan-Azərbaycan Sülh Platformasının Katibliyi və internet resursları fəaliyyətə başlayıb.

Sülh Platformasının Katibliyindən APA-ya verilən məlumata görə, 6 dekabr 2016-cı ildə bir qrup erməni və azərbaycanlı vətəndaş cəmiyyəti fəalı Ermənistan-Azərbaycan Sülh Platformasını təsis edib.

Platformanın yaradılmasının məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə töhfə verməkdən ibarətdir. Platforma qarşısında duran vəzifələrin daha effektiv şəkildə icrası üçün işçi orqan olan katiblik yaradıb. Ermənistan tərəfdən Suzan Ciqanyan, Azərbaycan tərəfdən Orxan Nəbiyev Platformanın Katibliyinin həmkoordinatoru təyin olunub. Eyni zamanda Platformanın internet saytı, feysbuq və tvitter hesabları (http://www.arm-azpeace.com;https://www.facebook.com/Arm-azPeace; https://twitter.com/ArmAzpeace) yaradılıb və onlar bu gündən fəaliyyətə başlayır. Sülh Platformasının fəaliyyəti ilə bağlı məlumatları bu informasiya resursları vasitəsi ilə əldə etmək olar.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir