yenicag.az
yenicag.az

Sultan II Əbdülhəmidin nəvəsi: “Ərdoğanı tək buraxmayacağıq”

Sultan II Əbdülhəmidin nəvəsi: “Ərdoğanı tək buraxmayacağıq”

Müəllif: Qafqaz Omarov

Editor

Osmanlı padşahı Sultan II Əbdülhəmidin 5-ci nəsil nəvəsi Nilhan Osmanoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək olacaqlarını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Esenler Bələdiyyəsi Mədəniyyət İşləri Şöbəsinin təşkil etdiyi “Nəvənin dilindən Kösem Sultan” proqramına qatılan Sultan II Əbdülhəmidin 5-ci nəsil nəvəsi Nilhan Osmanoğlu Türkiyə və Yaxın Şərqdə cərəyan edən proseslərə münasibət bildirib.

Prezident Ərdoğanı meydanda tək qoymayacaqlarını deyən N.Osmanoğlu gedən proseslərdən kənarda qalmayacaqlarını diqqətə çatdırıb:

“Mən prezidentlə görüşümüzdə ona dedim ki, Siz mənim ulu babamdan daha şanslısınız, çünki millətiniz arxanızdadır. O da cavabında “Əlhəmdülillah” dedi. 15 iyul gecəsində xalqımız prezidentə böyük güc verdi. O, ölkəmizdə terrora qarşı milli səfərbərlik elan etdi. Bundan çıxarılan nəticə odur ki, yükü çiyinlərimizə almalıyıq. Millət vəkillərimiz, bələdiyyə sədrlərimiz, alimlərimiz, hər kəs bu yükün altına girməlidir. Bu, bir partiya ideologiyası deyil. İdeoloji çərçivəyə düşmədən, dövlətin mənafeyi üçün birgə olmalıyıq. Ölkəyə bir şey olsa, ortada heç nə qalmaz”.

Yeniçağ.Az

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti