!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sultan Səlim körpüsü açılır – Canlı YAYIM

!Reklam – Yazi

32ph21hp3-1Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimi keçirilir.

Açılış mərasiminə Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan, xanımı Əminə Ərdoğan, baş nazir Binalı Yıldırım, silahlı qüvvələrin baş qərargah rəisi Hulusi Akar, Makedoniya prezidenti Corge İvanov və xanımı, Bəhreyn kralı Hamad Bin İsa El halife də qatılıb.

Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edir. Çıxışlardan sonra körpünün açılışı olacaq.

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.

Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.
Ekspertlər “Asma körpü”nün İstanbul tıxacını azaldacağı düşünürlər.

 

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv