“Sumqayıt” futbolçusuz qaldı – “Bizi rədd edirlər”

“Sumqayıt” futbolçusuz qaldı – “Bizi rədd edirlər”

Müəllif: Redaktor

Baş Redaktor

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov klubun indiki durumundan şikayət edib.

Yeniçağ.az-a danışan baş məşqçi klubların onlara ehtiyatda qalan oyunçularını belə vermədiyini deyib:

“Amit Quluzadə geniş heyətə malik olmayan komandanın əsas üzvü idi. Onun xaricə yollanmağı karyerası üçün uğurlu oldu. Yaxşı fürsət idi.

Ancaq Amitin gedişindən sonra özümüz də əlacsız qalmışıq. Nə edəcəyimizi bilmirik. Onun çıxış etdiyi mövqeyə ya yeni oyunçu gətirməliyik, ya da özümüzdən kimisə sınamalıyıq.

Hazırda məsələ ilə bağlı bir çox klublara da müraciət ünvanlamışıq, bizə rədd cavabı veriblər. Hətta fikirləşdik ki, “Neftçi” legioner futbolçular alıb, buna görə Cavid İmamverdiyevi bizə verər. Amma qarşı tərəfdən müsbət cavab ala bilmədik.

Hətta o vəziyyətdir ki, öz klubunda ehtiyatda qalan oyunçuları belə transfer edə bilmirik. Özü gəlmək istəsə də klubları etiraz edir”.

Qeyd edək ki, müəyyən problemləri olan klub bu yaxında bir əsas üzvünü də itirib. Amit Quluzadə “Sumqayıt”dan ayrılaraq ,Yunanıstanın AEL klubu ilə 2,5 illik rəsmi müqavilə imzalayıb.

 

Aygün İlqarqızı

Yenicag.az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti