yenicag.az
yenicag.az

Sumqayıt qatarı daşa basıldı – 2 azyaşlı tutulub

Sumqayıt qatarı daşa basıldı – 2 azyaşlı tutulub

Müəllif: Redaktor

Editor

1442406246_getattachBəzi şəxslər Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ikimərtəbəli elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun AzVision.az-a verdiyi məlumata görə, mayın 3-də saat 18.15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində iki nəfər tərəfindən daşlanarkən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Bakı yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olubki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri – 1999-cu il təvəllüdlü Elnur Fazil oğlu Baxşıyev və 1998-ci il təvəllüdlü Lalə Şair qızı Ağayevadır. Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunub, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər.

Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxıblar.

Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib.

“Azərbaycan Dəmir Yolları” QSC bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyir ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlar barəsində lazımi tədbirlər görüləcək.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti