www.sinerjipro.net

SinerjiProWide
Reklam

6masin toqqusduSumqayıt yolunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.

Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki “KamAZ” və “İsuzu” markalı yük avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.

Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."