!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda cibgirlərə qarşı əməliyyat – Fotolar

!Reklam – Yazi

15731328_847278472082124_779191053_nSumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən şəhər ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlik yolu ilə insanların pul və qiymətli əşyalarını oğurlayan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Belə ki, Sumqayıt şəhər sakini Sədaqət Vəzrəliyeva Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə müraciət edərək bildirib ki, dekabrın 25-də şəhər ərazisində yerləşən ticarət mərkəzlərindən birində olan zaman naməlum şəxsin onun cibindən içində 500 manat pul, plastik kart və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurladığını bildirib. Şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər də oğurluq etdiyinə görə 4 dəfə məhkum olunmuş şəhər sakini Mürvət Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt ŞPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirlik edən əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Həsənov da saxlanılıb.Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Sumqayıt şəhəri ərazisində 10A marşurut xətti ilə hərəkətdə olan sərnişin avtobusunda şəhər sakini Mənzər Əliyevanın gödəkcəsinin cibindən bir ədəd “Samsung” markalı mobil telefonu cibgirlik yolu ilə oğurlayıb.

Oğurlanan mobil telefon saxlanılan şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları cibgirlik etdikləri üçün saxlanılan bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini də istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

Yeniçağ.Az

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv