1471241400_56817_181806701835363_1279689_oÖtən gecə Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə etdiyi “Hyunday Elantra” markalı avtomobillə “Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini – həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.(lent)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."