!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda “qaraj oğruları” tutuldu – Fotolar

!Reklam – Yazi

15750319_847283212081650_1711118095_nSumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Həyata keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhəri ərazisində oğurluq edən əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev və Asim Abbasovla birgə bu ilin oktyabrın 22-dən dekabrın 7-dək olan müddətdə şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin adları qeyd edilən üzvləri də saxlanılaraq istintaqa təqdim ediliblər. Ilkin dindirmə zamanı saxlanılan şəxslər Sumqayıt şəhəri, eləcə də Corat, Novxanı bağlar massivindəki fərdi yaşayış evlərindən oğurladıqları məişət, təmir-tikinti və qızıl-zinət əşyalarını dəyər-dəyməzinə satdıqlarını, əldə etdikləri pulları isə aralarında böldüklərini bildiriblər. Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dəstə üzvlərinin digər cinayətlərinin də aşkar edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yeniçağ.Az

www.yenicag.az

1136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv