"Sumqayıt"lılar istirahət etmək fikrində deyil

Müəllif: Redaktor

Editor

Müəyyən çətinliklər yaşayan “Sumqayıt” növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığına start verib.

Yeniçağ.az xəbər verir ki, komanda istirahət etmək fikrində deyil. Buna görə də tam heyət toplaşıb. Futbolçular Samir Abasovun rəhbərliyi altında iki qrup üzrə məşq edib. Dünən “Neftçi” ilə oyunda start heyətində yer alan futbolçular fitnes zalında bərpa məşqi keçib. Digər qrup isə meydançadakı hazırlıqla günü başa vurub.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın 19-cu turunda fevralın 19-da AZAL-ı qəbul edəcək. Matçın start fiti 15:00-da veriləcək.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır