!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sumqayıt”lıların pul itkisi

!Reklam – Yazi

“Sumqayıt” klubunda həm maliyyə, həm də futbolçu çatışmazlığı probleminin olması ilə bağlı xəbər vermişdik. Hətta klubun baş məşqçisi Samir Abbasov saytımıza açıqlamasında futbolçu ala bilməmələrini, heç kimin onlara oyunçu “satmaq” istəmədiyini demişdi. 

Maraqlıdır “kimyaçılar” bu problemdən çıxmağı bacarıbmı, bunun üçün hansı işi görürlər?

Suallarımızı “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanova ünvanladıq:

““Sumqayıt” 5 ildən artıqdır ki, eyni siyasətlə yoluna davam edir. İndi bunu dəyişə bilmərik. Baş məşqçi Samir Abbasovun da şikayətini yaxşı başa düşürəm. Hər bir çalışdırıcı istəyir ki, əlinin altında keyfiyyətli oyunçu olsun. Həmçinin, hər bir məşqçi yaxşı legionerlər də arzulaya bilər. Ancaq hər kəs bilir ki, “Sumqayıt” yerli futbolçulara güvənir. Yerli futbolçuların transfer edilməməsində isə söhbət maliyyə çatışmazlığından getmir. Sadəcə, bizim diqqətimizı cəlb edən yerli futbolçuların başqa klublarla müqaviləsi var. Buna görə də onları düşərgəmizə dəvət edə bilmədik. Transfer xatirinə hansisa futbolçunu heyətimizə qatmaq bizə faydalı olmaz. Əksinə, pul itkisidir.

Vaqif Cavadovla Amit Quluzadənin əvəzinə iki futbolçu ilə müqavilə bağlamışıq. Bundan başqa, əvəzedici heyətdən də gənclər əsas komandaya cəlb olunub. Yenə deyirəm, bizdə futbolçu qıtlığı olması ilə razı deyiləm”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv