!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sümük əriməsinin çarəsi tapıldı - Tibb elmində sensasiya  

!Reklam – Yazi

Alimlər osteoporozun (osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir-red.) müalicəsində yeni bir kəşfə imza atıblar.

Yenicag.az “Journal of Bone and Mineral Research” jurnalına istinadən xəbər verir ki, uzun müddət müxtəlif təcrübələr həyata keçirən elm adamları Çinin ənənəvi səhiyyəsində geniş yayılan qırmızı adaçayının (şalfey) osteoporoz xəstəliyində müalicə vasitəsi kimi istifadə oluna biləcəyi qənaətinə gəliblər.

Məsələ burasındadır ki, osteoporoz xəstəliyi zamanı sümük toxumasında kollagenin parçalanmasında katepsin K fermenti mühüm rol oynayır. Alimlər qırmızı adaçayından ayırdıqları birləşmələrin köməkliyilə bu fermentin işinə mane ola biliblər. Onlar yeni üsulu insan və siçanların sümük toxumalarının nümunələri üzərində, eləcə də canlı siçanlarda sınaqdan keçiriblər. Aydın olub ki, xəstə siçanlarda sümüyün sıxlığı nəzarət qrupu ilə müqayisədə 35% bərpa olunub.
Alimlər hesab edirlər ki, yeni kəşfin köməkliyilə digər xəstəlikləri də, məsələn, artrit və ya xərçəngin müəyyən formalarını müalicə edə biləcəklər. Adaçayına əsaslanan preparatın üstünlüyü ondan ibarətdir ki, yalnız katepsinlə əlaqəli kollagen aktivliyini bloklaşdırır və bu zaman onun digər funksiyalarına təsir etmir.

Yenicag.az

www.yenicag.az

6097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv