!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni qiymət qaldıran şirkət və marketləri cərimələndi – Tam siyahı

!Reklam – Yazi

adad (1)Mərkəzi Bankın fevralın 21-də manatın devalivasiyası ilə bağlı qərarından sonra ölkədə bahalaşma müşahidə olunmağa başlayıb. Əksər ərzaq məhsullarında və o cümlədən siqaret və içkilərdə bahalaşma oldu. Mərkəzi Bank manatın devalvasiyasını elan edən kimi ölkədə bahalaşma ajiotajı yarandı – ərzaq mağazaları və apteklərdən tutmuş avtomobil satışı salonlarına qədər hər kəs satdığı əmtəənin qiymətini öz bildiyi kimi artırmağa başladı.

Bu bahalaşmanın spekulyativ mahiyyət daşıdığı tamamilə aydın idi. Çünki söhbət hələ dolların köhnə kursu ilə alınmış mallardan gedirdi və bu malları tələm-tələsik bahalaşdırmağın heç bir iqtisadi əsasları yox idi.

Lakin devalvasiya həm də cürbəcür möhtəkirlərin və asan yolla varlanmaq üçün fürsət gözləyənlərin dövrüdür. Belələri fürsəti əldən buraxmaq istəmədilər və köhnə məzənnə ilə aldıqları malların qiymətlərini nəyinki təzə məzənnəyə uyğunlaşdırdılar, üstəlik bir sonrakı devalvasiya riskini də nəzərə alıb bəzi hallarda qiyməti ikiqat qaldırdılar.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəsmi məlumat yaydı ki, qiymət artımının qarşısı alınacaq. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq etdi ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Yenicag.az xəbər verir ki, XəzərNews.az-ın araşdırmasına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin fevralın 21-də manatın ilk devalivasiyasından sonra ciddi tədbirlər planı, manatdan fərqli olaraq 27 gün tab gətirib. Belə ki, Nazirliyin ciddi hesab etdiyi tədbirlər planı çərçivəsində fevral ayının 21-dən və mart ayının 19-dək ömür sürüb. Bu müddət ərzində nazirlik cəmi 30-a yaxın marketdə və 3-4 MMC-də süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğunu müəyyən edib. Ölkə qanunvericiliyinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Maraqlıdır sözü gedən dövr ərzində nazirlik süni qiymət artımı aparan və hər kəsə bəlli olan şirkətlərə niyə tədbirlər görməyib?

Nazirlik fevralın 21-də manatın ilk devalivasiyasından sonra aşağıdakı şirkət və marketlər cərimələyib.

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında “Fərid” şirkətinə məxsus mağazada,

Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 2, mərtəbə 1 ünvanında Şahin Ağalarova məxsus “Real-S” marketdə,

Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 56 ünvanında fiziki şəxs Xalid Ağayevə məxsus “Red” marketdə,

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 103, 2380-cı məhəllə ünvanında fiziki şəxs İsa Əliyevə məxsus “Şokmart” marketdə,

Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus “Ümid” marketdə,

Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus “Çinar” marketdə,

Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus “Zeytun” marketdə,

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21ünvanında “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə,

Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 90A ünvanında “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə,

Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus “Ballı” marketdə,

Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus “Seval” marketdə,

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus “Sarı” marketdə,

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus “Ruslan 93” marketdə,

Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus “Laçın” marketdə,

Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 28 ünvanında yerləşən “Fərid” Müstəqil Şirkətinə məxsus “Premiummart” marketdə,

Binəqədi rayonu, S.S. Axundov küçəsi, 85A ünvanında Sevinc Məhərrəmovaya məxsus “Unimart” marketdə,

Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus “Dəniz” marketdə,

Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus “Mono” marketdə,

Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında “Azeri Retail” MMC-yə məxsus “Frecko” marketlərdə,

Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus “Elmar” marketdə,

Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus “Hiper” marketdə,

Zaqatala şəhəri, F.Əmirov küçəsində “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə,

Bərdə şəhəri, Bakı küçəsində Mehman İsayevə məxsus “Dəniz” marketdə,

Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 50/6 ünvanında Toğrul Məmmədova məxsus marketdə,

Gəncə şəhəri, Təbriz küçəsində Surxay Rəhimova məxsus “Təbriz” marketdə,

Qəbələ rayonu, Zarağan kəndində Tacəddin Həmidova məxsus “Yeni” marketdə,

Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə məxsus uşaq geyimləri mağazasında…

malların nəzarət kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bununla belə…..

Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlar zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin, “Tulçinka” yağlarının, qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Həmçinin “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının, “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının, “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olmuşdur.

Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı satılan məhsulların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və müvafiq cərimələr tətbiq olunub.

Ammma nə fayda…

Nazirlik rəsmi sürətdə adı çəkilən şirkətlər barədə tədbirlər görməsini qeyd etsədə heç bir faydası olmadı. Fayda təkcə nazirliyin özünə qaldı. O da təbi ki, CƏRİMƏ PULLARI…

Xalqı deyil, “Sən saydığını say, gör fələk nə sayır” məsəlini özlərinə əsas götürən adı çəkilən şirkətlər və qeyriləri qiymət artımı etdilər və buna əsas kimi məhsulların xaricdən gətirilməsini göstərdilər.

Allah bizi ikinci devalvasiyanın yaratdığı çuxurdan qorusun! Amma bu da inanılası deyil. Artıq Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi yerli şirkətlərin xarici şirkətlərlə distributorluq etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Hazırda isə ölkənin ərzaq mağazalarında bir sıra ərzaq məhsulları və tütün məhsullarının satışı da dayandırılıb.

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv