!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Super güclər Qarabağ probleminin həll olunmasında hələlik maraqlı deyillər”

!Reklam – Yazi


15310634_831337290342909_1720016138_nErməni Milli Konqresi müxalif fraksiyasının rəhbəri, deputat Levon Zurabyan bildirib ki, erməni tərəfinin Qarabağa dair danışıqlarda indiki mövqeyi 90-cı illərdəkindən daha zəifdir.

O əlavə olaraq deyib ki, indi danışıqlarda şərtləri Azəbaycan diqtə edir və hətta şərtlərin erməni tərəfinin xeyrinə dəyişməsinə imkan vermək istəmir.

Görəsən şərtləri Azərbaycanın diqtə etməsi fonunda Qarabağ münaqişəsinin həllində hansısa yenilik gözləmək olar?

Bununla bağlı Yenicag.az-a açıqlama verən politoloq Vüqar Zifəroğlunun fikrincə, şərtləri Azərbaycanın diktə etməsinə rəğmən mövcud situasiya həll prosesindən hansısa yeniliklər gözləməyə imkan vermir. Çünki super güclər problemin həll olunmasında hələlik maraqlı deyillər:

“Azərbaycan tərəfi hər zaman Dağlıq Qarabağ problemi ilə bağlı özünün obyektiv mövqeyini sərgiləyib. Bu problem keçən əsrin 90-cı illərinin əvvəllərindən ortaya çıxandan üzü bəri Azərbaycanın birmənalı şəkildə mövqeyi ondan ibarət olub ki, münaqişə beynəlxalq hüquq müstəvisində həll olunmalıdır. Beynəlxalq hüquq isə onu diqtə edir ki, münaqişə ölkənin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu mənada Azərbaycanın mövqeyinin həm normal, həm də güclü olması təbiidir. Amma məsələ ondadır ki, həmişə məhz ondan əziyyət çəkirik, haqlı və düz mövqedə olmağımıza və bu istiqamətdə atdığımız addımların daha da güclənməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə münasibəti heç də həmişə obyektiv olmayıb. Yəni ikili yanaşmadan həmişə əziyyət çəkirik.

Vüqar Zifəroğlu ile ilgili görsel sonucuQərbin, Rusiyanın, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili münasibəti indiyədək münaqişənin həll olunmasının qarşısını alıb. Bəli mövqeyimiz güclüdür. Aprel əməliyyatlarından sonra gücümüz daha da artdı. Həm siyasi-diplomatik, həm də hərbi nöqteyi-nəzərdən mövqelərimizi çox gücləndirdik. BMT-nin 4 qətnaməsi də mövqelərimizin güclü olmasından xəbər verir. Amma problem hələ də həllini tapmayıb, uzanmaqda davam edir. Açıq danışaq, Cənubi Qafqazda bu kimi münaqişələrin olması və onun həll olunmamış qalması iri dövlətlərin maraqları çərçivəsindədir. Rusiyanın ikili standartlardan çıxış etməsi problemin həllinə imkan vermir. Onlar bu cür münaqişələrdən istifadə edərək həmin dövlətlərə nəzarət imkanlarını saxlamağa çalışır. Bu mənada problemin həll edilməsinə onların yardım etməmələri bir yana qalsın, sanki məsələni daha artır dərəcədə mürəkkəbləşdirməyə cəhd göstərirlər. Bu da təcavüzkar ölkə kimi Ermənistanın maraqlarına cavab verir”.

 

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv