www.sinerjipro.net

SinerjiProWide
Reklam

24738552-Inside-of-the-french-supermarket--Stock-Photo-supermarket-food-packagingBir başa insanlara xidmət göstərərək çox sayda məhsul alışı və satışı ilə məşğul olan marketlərdə nöqsanların və hər hansı bir çatışmazlıqların olması mümkündür. Əsas olanı isə odur ki, supermarket hər zaman müştərilərinin təklif və şikayətlərinə açıq olsun və fəaliyyətində müştərilərinin istək və tələblərini nəzərə alsın.

Yalnız qərəzə söykənən bəzi qruplar bir-iki marketi reklam etmək üçün digərlərini gözdən salmağa çalışırlar.
Məsələn, son günlər özünü ictimaiyyətə marketoloq kimi tanıtmağa çalışan Tural Abdullayev rəhbərlik etdiyi supermarketinq.com saytının vasitəsilə heç bir əsaslı araşdırma aparmadan, heç bir tədqiqat mərkəzinin rəylərinə və laborotoriya analizlərinin nəticələrinə söykənmədən şəxsi mülahizələri və baxışları əsasında müxtəlif marketlər haqqında həqiqətə uyğun olmayan məlumatlar yayımlamaqdadır.

Belə ki, sözü gedən şəxs marketlərdən alış-veriş edərək marketdən çıxır və 6 kriteriyaya görə dəyərləndirmə aparır. Marketlərdə gizli çəkilişlər apararaq dəyərləndirdiyi keyfiyyət, xidmət, kampaniya, çeşid, təmizlik və rahatlıq kriteriyalarını hansı parametrlər əsasında müəyyən edilir? Sadalanan hər 6 kriteriya üzrə mütləq şəkildə araşdırma aparılmalı, ekspert və market rəhbərlərinin rəyləri dinlənilməli və bundan sonra nəticələr müqayisə edilməlidir. Bütün qeyd olunan 6 kriteriyanın dəyərləndirilməsi T.Abdullayevin yalnız şəxsi mülahizələr əsasında aparılır. Sonda isə vətəndaşlara qeyri-obyektiv və yanlış məlumat verilir ki, bu da yolverilməzdir.

Bu gün ölkəmizdə ictimai iaşə, ticarət obyektlərində və xidmət sahələrində qonşu dövlətlərdə olduğu kimi ictimai nəzarəti həyata keçirən ixtisaslaşmış, peşəkar bir verilişin olmamasından istifadə edərək T.Abdullayev özünün qeyri-peşəkarlığı və qərəzli yanaşması ilə vətəndaşları çaşdırmaqla məşğuldur.

T.Abdullayev qanunsuz olaraq bir çox supermarketlərin (o cümlədən Araz marketlərin) açıq şəkildə anti-reklamı bahasına hər hansı bir supermarketlərin gizli və haqsız reklamını edir. Bu isə qanunlara və vətəndaşlara hörmətsizlikdir.

Qeyd edək ki, T.Abdullayev tək deyil. Artıq onun qoyduğu ənənə bəzi telekanallara yol açan bir sıra “prodakşn”ların da başlıca meyarına çevrilməkdədir. Heç bir əsası olmayan şərhlərlə populist yoxlamaçılar bir gün professionallar qarşısında cavab verəcəklərini unudurlar. /Azerinfo.org

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 108
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."