Şura 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətlərini təsdiq edib

Müəllif: Redaktor

Editor

0c4f6292-8507-4755-a5b9-20b199a50a2dBu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev gündəlikdə olan ilk məsələnin 2016-ci il birinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında olduğunu deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təklif edildiyini bildirib. Katibliyin icraçı direktoru müsabiqənin şərt və qaydaları, texniki tələbləri haqqında danışıb və mövzularla bağlı ətraflı məlumat verib.

F. Qurbanov gündəlikdə olan digər məsələ ilə bağlı arayış verib və “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsinə ehtiyac olduğunu və bunun üçün 7 nəfərdən ibarət işçi qrupun yaradılmasını təklif edib.

Katibliyin icraçı direktoru Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib. F. Qurbanov əməkdaşlıq üçün Şuraya müraciət edən beynəlxalq təşkilatlar haqqında danışıb və təklif olunan əməkdaşlıq mövzularını qeyd edib.

Azay Quliyev Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icrasının effektivliyinin artırılması üçün bundan sonra da zəruri addımların atılacağını və QHT-lərin üzərlərinə götürdükləri müqavilə öhdəliklərini tamlıqla yerinə yetirməli olduqlarını deyib.

Sahib Məmmədov, İlqar Məmmdov, Tahir Süleymanov, Əliməmməd Nuriyev, Vüqar Qədirov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva iclasda çıxış edərək rəy və təkliflərini bildiriblər. İclasda Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətləri təsdiq edilib.
Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər ayrılıqda səsə qoyularaq qəbul olunub.
Mətbuat xidməti


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir