Şura 2016-cı ilin II qrant müsabiqəsinin qalibləri üçün məlumatlandırma sessiyası keçirib

Müəllif: Redaktor

Editor

dbd4463d-b2f8-46db-bc5e-a5a55d3f7a65Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ilin II maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin icra etdikləri layihələri effektiv idarə edə bilməsi məqsədi ilə məlumatlandırma sessiyalarının mütamadi qaydada təşkil edildiyini bildirib.
Məlumatlandırma sessiyasında Katibliklə QHT-lər arasında imzalanacaq qrant müqavilələrinin müddəaları, layihələrin icra planı ilə bağlı ortaya çıxan məsələlər, maliyyə və təsviri hesabatların hazırlanma qaydaları, icra olunan layihələrin səmərəliliyinin artırılması yolları, təşkil olunacaq tədbirlərin auditoriyasının seçilməsi, nəticələrin dəyərləndirilməsi kimi məsələlərə toxunulub. İcraçı direktor QHT-lərin müqavilə öhdəliklərinə və Şuranın təlimatlarına ciddi əməl etməsinin vacib olduğunu qeyd edib.

Tədbirdə QHT nümayəndələrinə audiovizual materialların hazırlanması qaydaları ilə bağlı zəruri məlumatlar verilib.
Toplantının sonunda Katiblik əməkdaşları QHT təmsilçilərinin suallarını cavablandırıb.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır