yenicag.az

Şura dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirdi

Şura dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirdi

Müəllif: Redaktor

Editor

unnamed (3)Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirib. Öncə dövlət himni oxunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Toplantını açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etməsəydi yenicə bərpa olunan müstəqillliyimizin itirilmə təhlükəsi real idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu prosesinə mane olmaq istəyən, hərbi və siyasi çevriliş cəhdinə çalışan qüvvələrin, terror təhlükələrinin qarşısı uğurla almaq mümkün olub: “Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti nəticəsində ölkəmiz tənəzzül dövrünü geridə qoyaraq 21-ci əsrə yeni, inkişaf edən Azərbaycanla qədəm qoydu. Heydər Əliyev kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə, inkişaf etmiş iqtisadiyyata, müasir infrastruktura malik ölkəyə çevrildi. 26 sentyabrda keçirilən refendumda xalqımız bir daha cənab prezidentin çağırışına böyük dəstək nümayiş etdirməklə xalqla hakimiyyətin əzəmətli birliyini nümayiş etdirdi”.

Daha sonra Şuranın hazırladığı “Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda” filminə baxış keçirilib.
Millət vəkili, Paradiqma İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri prof. Elman Nəsirov “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri” mövzusunda məruzə edərək müstəqillik dövrünün tariximizin ən qiymətli səhifəsi olduğunu qeyd edib. 20 sentyabr 1994-cü ildə Əsrin müqaviləsinin imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətindən danışan E. Nəsirov Heydər Əliyevin ölkəmizin beynəlxalq münasibətlərinin qurulması üçün atdığı addımları böyük uzaqgörənliklə və dəqiqliklə hesabladığını deyib. Ulu Öndərin 1993-2003-cü illərdə dünyanın 60-dan artıq dövlətinin rəhbəri ilə keçirdiyi 485 görüşün hər biri ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edib.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov “Azərbaycan Respublikasının iqtisadi inkişafı” mövzusunda məruzə edərək bu gün Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildini bildirib. Ölkənin naşı idarəçiliyinin, hərc-mərcliyin nəticəsində iqtisadiyyatın tamamilə məhv edildiyini qeyd edən F. Yusifov Ulu Öndərin 1993-cü ilin dekabrından başlayaraq qəbul etdiyi strateji qərarların cəmi bir neçə ilə öz nəticəsini göstərdiyini vurğulayıb: “Əgər 1995-ci ildə infilyasiya 1800%-ə çatırdısa, 1996-cı ildən başlayaraq makroiqtisadiyyat sabitləşməyə başladı. 1996-2004-cü illərdə Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoydu, yeni kənt təsərrüftı və sənaye müəssisələri fəaliyyətə başladı. 2004-cü ildən başlayaraq cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoydu”.
“Müstəqil Azərbaycan və vətəndaş cəmiyyəti” mövzusunda məruzə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Ulu Öndərin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. MQF prezidenti ötən 25 il ərzində ölkəmizin vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli tarixi yol keçdiyini deyib.

Rauf Zeyni 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qanunun qəbul olunmasının o dövrdə bütün MDB məkanındakı ölkələrin tarixində ilk addım olduğunu və müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edib. Cənab prezident İlham Əliyevin sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donorların yardılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti