www.sinerjipro.net

SinerjiProWide
Reklam

f87b6997-0142-434f-9710-ca850c7c6201Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ilin birinci rübünün yekunlarına dair müşavirəsi keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin müxtəlif istiqamətlər üzrə fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında tövsiyyələrini çatdırıb.

Şura Katibliyinin icraçı direktoru Faraset Gurbanovun qurumun ötən müddət ərzində görülən işlər haqda məruzə ilə çıxış edib. F. Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq 2016-cı ilin birinci rübündə QHT-lərə təşkilati-texniki, metodik, məlumat, maliyyə və konsultativ dəstəyin davam etdirildiyini qeyd edərək paytaxtda və regionlarda təşkil edilən təlim və məlumatlandırma sessiyaları haqqında ətraflı məlumat verib.

2016-cı ilin I qrant müsabiqəsində tətbiq edilən yeniliklər haqqında danışan icraçı direktor şəffaflığın təmin olunması istiqamətində bundan sonra da zəruri addımların atılacağını bildirib. F. Qurbanov müsabiqədə qalib gələn 277 QHT-dən 199-u ilə artıq müqavilə imzalandığını qeyd edib.
İcraçı direktor cari ilin birinci rübünün ən mühüm hadisələrindən biri olan Şura üzvlüyünə keçirilən seçkilərin tamamilə obyektiv və şəffaf şəkildə, bütün iştirakçı tərəflərin razılığı şəraitində keçirildiyini vurğulayıb.

2016-cı ilin I qrant müsabiqəsinin nəticələri haqqında danışan Azay Quliyev görülən bütün işlərin QHT-lərin daha rasional layihə təklifləri ilə çıxış etməsinə yönəldiyini deyib: “Şuradan maliyyə dəstəyi almağın yeganə yolu ictimai aktuallıq kəsb edən, cəmiyyətimizin inkişafına xidmət edən və peşəkarlıqla hazırlanan layihələrlə müraciət etməkdir”. Ümumilikdə Şura sədri Katibliyin fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Müşavirədə beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza, layihələrin icrasına nəzarət və proqram, sənədləşmə, qəbul və kargüzarlıq məsələləri, mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbərlərinin, baş mühasibin və digər Katiblik əməkdaşlarının məruzələri dinlənilib.
İclasda ötən dövr ərzində əmək fəaliyyətinin yerinə yetirilməsində fərqlənən Katiblik əməkdaşlarının təşəkkürnamə ilə təltif edildiyi bildirilib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."