www.sinerjipro.net

SinerjiProWide
Reklam

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8fAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3 bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şaffaflığı, hesabatlılığı və aşkarlığı daha da artırmaq üçün QHT-lərin ərizə, təklif və şikayətlərinin qəbulu üçün yeni xidmət yaradır.

Məlum olduğu kimi Şura Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq QHT-lərə 5 istiqamət (konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və məlumat) üzrə xidmət göstərir. Şura yaranandan indiyədək qrant müsabiqələrinin nəticələrindən narazı qalan QHT-lərin müraciətlərinin araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Eyni zamanda QHT-lərlə mütəmadi olaraq keçirilən görüşlərdə də onların fikirləri dinlənilir, müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülür. Şura Katiblik əməkdaşları tərəfindən göstərilən xidmətlərin səviyyəsini öyrənmək, QHT-lərin ictimai nəzarət işində aktiv iştirakını təmin etmək məqsədilə QHT-lərə şikayət və təkliflərini birbaşa göndərmək üçün yeni xidmət yaradır.

Qeyd edək ki, Şuraya şikayət ünvanlayan bütün şəxslərin hüquqları Azərbaycan qanunvericiliyinə müvafiq olaraq qorunacaq. Bütün şikayət və təkliflər Şuranın yeni xidmətinin məsul şəxsi tərəfindən araşdırılaraq rəhbərliyə məruzə ediləcək və müvafiq qərarlar qəbul olunacaq. QHT-lər həmçinin hüquqpozma halları ilə bağlı Şuranın müvafiq xidmətinə müraciətləri birbaşa da təqdim edə bilərlər.

QHT-lər ərizə, təklif və şikayətlərini aşağıdakı ünvana göndərə bilərlər: Xidmətin koordinatoru: Nədimə Rəhimli; e-mail: nadima.cssn@gmail.com; telefon nömrəsi: 077 497 15 91.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."