!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şurada “Ailə, qadın və uşaq məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib

!Reklam – Yazi

unnamed-1Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ailə, uşaq məsələləri üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Şuraya “Ailə, qadın və uşaq məsələləri” qrupundan üzv seçilən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri, Şuranın katibi Nərgiz Eyvazova çıxış edərək görüşün təmsil etdiyi qurumun dəstəyi ilə həyata keçirilən layihələrin yekunlarını müzakirə etmək, QHT-lərin qarşılaşdıqları problemlər və onların həlli üçün rəy və təklifləri dinləmək məqsədi ilə keçirildiyini deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov görüşün Nərgiz Eyvazovanın təşəbbüsü ilə təşkil olunduğunu qeyd edib. F.Qurbanov Şuranın 2016-cı ildə ailə, qadın və uşaq məsələləri istiqaməti üzrə 22 layihəni maliyyələşdirdiyini bildirib. Fərasət Qurbanov hazırda QHT-lərdən hesabatların qəbulu prosesinin yekunlaşmaq üzrə olduğunu və Katibliyin bu sənədləri təhlil edərək müvafiq arayış hazırlayacağını deyib. İcraçı direktor QHT-lərin maraq dairələrinə və potensiallarına uyğun olaraq konkret sahələr üzrə ixtisaslaşmasının icra etdikləri layihələrin keyfiyyətinin də artmasına xidmət edəcəyini qeyd edib.

Toplantıda çıxış edən İradə Yaqubova, Şəkərxanım Əliyeva, Cavid Rəhimov, Fariz Əkbərov, Əli Fərzəliyev, Sevda Tahirli, Rəhman Quliyev, Südabə Şirəliyeva, Günay Mustafayeva, Təranə Əhməd, Fatimə Hacıbəyli və digər QHT sədrləri layihələrin icrası zamanı Şura Katibliyinin əməkdaşlarının onlara yaxından köməklik göstərdiyini bildiriblər.

QHT təmsilçiləri həmçinin təkliflərini səsləndiriblər.

Tədbirin sonunda Şura üzvü Nərgiz Xələf QHT rəhbərlərinin suallarını cavablandırıb.

Yenicag.az

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv