!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın Azərbaycana təcavüzü 1988-1994” sənədli filmi çəkilib

!Reklam – Yazi

unnamed (2)Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ingilis və rus dillərində “Ermənistanın Azərbaycana təcavüzü 1988-1994” sənədli filmin hazırlanması layihəsini başa çatdırıb.

Layihə çərçivəsində ingilis və rus dillərində “Qarabaq muharibəsi: Xronika(1988-94)” adlı sənədli film çəkilib.
Film Ermənistanın Azərbaycana qarşı 1988-94-cü illərdə hərbi təcavüzü haqqındadır. Filmdə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal hadisələri xronoloji ardıcıllıqla faktlara söykənən məlumatlarla öz əksini tapmışdır. İşğal olunmuş şəhər və kəndlırimiz haqqında məlumatlar da filmdə qeyd olunub.
Qeyd edək ki, saxtalığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə filmlər çəkərək Qarabağın onlar tərəfindən işğal edilməməsi, guya yerli erməni əhalisinə qarşı Azərbaycan təcavüzü haqqında boş faktlarnan dünya ictimaiyyətinin çaşdırmağa çalışırlar. Onlar bütün səyləri ilə Xocalı, Qaradağlı və s. faciələri ört- basdır etməyə, yandırılmış Azərbaycan şəhər və kəndlərini orada törətdikləri vandalizmi gizlətməyə çalışırlar. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısın alınması istiqamətində öz töhfəmizi vermiş olacağıq.

Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri” və “Qafqazın konservatoriyası” və “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” filmlərini hazırlayıb.

Şuranın dəstəyilə “Məcburi köçkün uşaqlar üçün yay təlim düşərgəsi” həyata keçirilir

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına -Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Məcburi köçkün uşaqlar üçün yay təlim düşərgəsi” layihəsini həyata keçirib.

Layihənin əsas məqsədi məcburi köçkün uşaqların yay istirahətini təşkil etməklə bərabər, Azərbaycanın tarixi, yaxın tarixi, dövlətçilik ənənələri haqqında məktəblilərin marifləndirilməsi olub.

Yay təlim düşərgəsini açılış nitqi ilə açan layihənin koordinatoru, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Goranboy rayonunda yerləşən “Piramida” İstirahət Mərkəzində həyata keçirilən layihəyə işğal olunmuş rayonlardan 26 məktəblinin cəlb edildiyini, onların istirahəti və təlimi üçün bütün zəruri şəraitin yaradıldığını bildirib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir layihənin maliyyələşdirilməsinə dəstək göstərdiyi üçün təşəkkürünü bildirib. Böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Azərbaycan tarixinin, xüsusən Ermənistanın Azərbaycana təcavüzünün, Xocalı soyqırımının dərindən öyrənərək yaddaşlara yazılmasında və gələcək nəsillərə ötürülməsində bu istiqamətdə həyata keçirilən layihələrin xüsusi önəm daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial mövqe, Azərbaycan ordusuna və gənclərinə göstərdiyi diqqət və qayğının 2-5 aprel döyüşlərindən sonra bir daha təsdiqini tapdığını vurğulayıb.

Layihənin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin əməkdaşı Həsən Səmədov çıxış edərək Şura tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması və Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihələrin dəstəkləndiyini, bundan sonra da bu istiqamətdə təqdim ediləcək layihələrə üstünlük veriləcəyini bildirib.

Layihə müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov istirahət düşərgəsində iştirak edən məktəblilərlə görüşə gələrək Qarabağın qədim tarix və mədəniyyət abidələri barədə geniş məruzə edib. Natiq ermənilərin Azərbaycanın qədim tarix və mədəniyyət abidələrini saxtalaşdıraraq erməniləşdirməyə çalışdıqlarını, saxtalaşdıra bilmədiklərini isə dağıdaraq məhv etdiklərini bildirib. A. Xəlilov bu faktları əks etdirən kitabları və hazırlanan filmləri məktəblilərə hədiyyə edərək Azərbaycan tarixini dərindən öyrənməyin vacibliyini tövsiyə edib.

Layihənin davam etdiyi müddət ərzində təlimçi Vəfa İsmayılova Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş ailələrdən olan məktəblilərə Qarabağın tarixi, mədəniyyət abidələri, işğala qədərki və işğaldan sonrakı vəziyyətləri barədə geniş mühazirələr söyləyib.

İnteraktiv oyunlar, idman yarışları və s. uşaqların istirahətini daha da maraqlı edib.

Gəncə-2016 Avropa Gənclər Paytaxtına məktəblilərin ekskursiyası isə daha maraqlı olub.

Gəncədə Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilərə Mərkəzin əməkdaşları tərəfindən xüsusi qayğı göstərilib. Ümummilli Lider Heydər Əliyevin məktəb illərindən tutmuş bütün fəaliyyətini əks etdirən foto-stendlərlə məktəblilər müfəssəl tanış olublar. Nizami Gəncəvinin Məqbərəsini, Muzeyini, Şah Abbas Məscidini, Xan bağını və s. ekskursiya edən məktəblilər bu layihə müddətindəki xoş təəssüratlarını heç vaxt unutmayacaqlarını və belə layihələrin davamlı olmasını arzulayıblar.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv