yenicag.az
yenicag.az

Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” filminin təqdimatı oldu – İtaliyada

Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” filminin təqdimatı oldu – İtaliyada

Müəllif: Redaktor

Editor

145333705399783299_1000x669Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) vitse-prezidenti Məryəm Mehdiyevanın moderatorluğu ilə keçirilmiş tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier bildirib ki, tarixə nəzər saldıqda azadlıq uğrunda gedən mübarizədə xalqlarımızın şəhidlər verdiyinin şahidi oluruq. Azərbaycanın müstəqillik tarixi barədə artıq İtaliya ictimaiyyətinin də məlumatlı olduğunu bildirən D.Pommier 20 Yanvar gecəsi həyatını itirmiş insanların əziz xatirəsinin ehtiramla yad edib.

Azərbaycanın İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusunun heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutmasından danışıb. Bildirib ki, tariximizin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi zamanı onlarla insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb. Bakıdakı bu faciə Azərbaycanda Sovet rejiminin süqutunu daha da sürətləndirdi, xalqımızın Sovet İttifaqına qarşı dirəniş göstərən ən mübariz xalq olduğunu nümayiş etdirdi.

V.Hacıyev qeyd edib ki, Tbilisi, Vilnüs kimi Bakıda da öz müstəqilliyi uğrunda ayağa qalxmış silahsız xalq sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz əlaməti olaraq dinc yolla nümayiş keçirirdi. Bu, həmin illərdə azadlıq mübarizəsinə qalxmış xalqlar arasında ən çox şəhid verən Azərbaycan xalqının əzminin göstəricisi idi. Bakıdakı izdihamdan qorxan Sovet hökuməti günahsız insanları susdurmaq üçün bu cür qanlı yola əl atdı, lakin istəyinə nail ola bilmədi. Belə ki, şəhidlərimizin qanı bahasına müstəqilliyimizi bərpa etdik. 20 Yanvar qanlı hadisələrlə yanaşı, Azərbaycanın tarixinə fəxr və qəhrəmanlıq səhifəsi kimi də yazılıb. O deyib: “Sovet hökumətinin həmin gecə Bakıya 30 min əsgər yeritməsinə baxmayaraq, səhər saatlarında xalq küçələrə axışaraq böyük izdihamla şəhidlərini dəfn etmək üçün toplaşıb. Bu, ədalətsiz rejimə qarşı meydan oxumaq idi”.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” filminin təqdimatı olub.

Şuranın əməkdaşı Toğrul Məmmədli çıxış edərək azərbaycanlı tələbələrin xaricdə təhsil aldıqları universitetlərdə, iştirak etdikləri tədbirlərdə ölkəmizlə bağlı həqiqətləri, o cümlədən 20 Yanvar faciəsi haqqında məlumatları təbliğ etməkdə fəal olmağa çağırıb. Bildirib ki, dövlətimiz gənclərimizin bu kimi tədbirlər keçirməsinə hər zaman dəstək olur. Şura da öz növbəsində müvafiq istiqamətdə irəli sürülən təşəbbüslərə dəstək olmağa hər zaman hazırdır. Azərbaycan reallıqlarının təbliği hər bir azərbaycanlı gəncin borcudur.

AİGA-nın həmsədri Emin Rüstəmov, “Şuşa qalası” filminin rejissoru Nihad İsa, İtaliyadakı Rəqs Missiyası Assosiasiyasının prezidenti Raissa Salaxova çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyiblər. Qeyd edilib ki, 20 Yanvar xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.

Sonda “Şuşa qalası” filmi nümayiş edilib.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti