!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya kürdlərinin lideri: “PYD Türkiyəni kürdlərin gözündən salmağa çalışır”

!Reklam – Yazi

Terrorçu PKK-nın Suriya qolu olan PYD-nin kürdlərin maraqlarını qorumadığı bildirilir.

Yeniçağ.Ru Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya kürdlərinin Milli Şurasının (ENKS) sədri İbrahim Bro danışıb. PYD-nin Suriyadakı fəaliyyətinə toxunan Bro terror təşkilatı haqqında bunları deyib:
“PYD-nin yeganə məqsədi Türkiyəni kürdlərin gözündən salmaqdır”.

Onun sözlərinə görə, ötən əsrin 80-ci illərində – PYD Suriyada hələ PKK kimi tanındığı dönəmdə Əsəd rejimi ilə əlaqələr qurub:

“Terror təşkilatı yalnız Abdullah Öcalan həbs olunduqdan sonra adını dəyişərək, PYD oldu”.
Bro əlavə edib ki, PYD silahlıları kürdlərin onları deyil, ENKS-i dəstəklədiklərini yaxşı bilirlər:
“Ancaq pullar və silahlar bu terrorçu təşkilatın əlində cəmləşdiyi üçün insanlar PYD ilə işləməyə məcburdurlar”.
Onun sözlərinə əsasən, PYD ABŞ-dan aldığı hərbi dəstəkdən kürd xalqına və ENKS-ə qarşı təzyiq kimi istifadə edir.

Yeniçağ.Az

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv