Suriya ordusu raket zərbələrinə görə İsrailə xəbərdarlıq edib

Müəllif: resul

Editor

Suriya ordusunun komandanlığı Dəməşq yaxınlığındakı hərbi aerodroma endirilən raket zərbələrinə görə İsrailə xəbərdarlıq edib.

Bu barədə Yeniçağ.Az “APA”ya istinadən xəbər verir.

Bundan əvvəl Suriya ordusu Dəməşq ətrafında yerləşən hərbi aeroportun İsrail tərəfindən raket atəşinə tutulduğunu bəyan edib. Əl-Məzza rayonunda, paytaxtdan 8 km aralıda yerləşən aeroportun yaxınlığında bir neçə partlayış baş verib.

Sama TV raketlərin İsrail ərazisindən atıldığını iddia edib.

Hadisə yerində partlayışlardan sonra güclü yanğın baş verib.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir